Koçaryanı azad edən hakim istefa verdi

Ermənistan Ali Məhkəmə Şurasının sədri Qagik Arutyunyan vəzifəsindən istefa verib.

Bu barədə "Novosti Armeniya" xəbər yayıb.

Q.Arutyunyan bildirib ki, o, ölkədə məhkəmə hakimiyyətinə qarşı yönəlmiş etirazların növbəti dalğasının başlanmasından sonra vəzifədə qalmağı məqsədəuyğun hesab etmir.

Onun qardaşı, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktor müavini general-leytenant Arzuman Arutyunyan da istefaya gedib.

Xatırladaq ki, mayın 20-də Ermənistanın baş naziri Nikol Paşinyan məhkəmə sistemində genişmiqyaslı islahatların aparılmasının vacibliyini bildirmişdi. Onun sözlərinə görə, ölkənin məhkəmə sistemi problemə çevrilib, çünki hakimlərin qərarı "cəmiyyətdə narazılıq doğurur". O bu problemi "cərrahiyyə müdaxiləsi" ilə həll etməyə söz vermişdi. Həmin gün baş nazirin tərəfdarları ölkənin bütün ərazisində, o cümlədən Ali Məhkəmə Şurasının binasında giriş-çıxışları bağladılar. Tərəfdarlarını bu addımı atmağa məhkəmənin keçmiş prezident Robert Koçaryanı həbsdən azad etməsi barədə qərar verməsindən bir gün sonra Paşinyan özü çağırmışdı...

Virtualaz

“Sərkisyandan fərqiniz yoxdur” - Paşinyan komandasında istefalar başladı

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR