“Sərkisyandan fərqiniz yoxdur” - Paşinyan komandasında istefalar başladı

Ermənistanın ekologiya nazirinin müavini Ayser Kazaryan istefa verib.

O, bu barədə özünün Feysbuk səhifəsində yazıb.

Kazaryan Nikol Paşinyan hökumətini ədalətsizlikdə ittiham edib və keçmiş Serj Sərkisyan hakimiyyətindən fərqlənmədiyini bildirib:

"İstefa məktubumu yazdım. İnqilab davam edir, keçmiş hakimiyyətin "ədalət prinsipləri" isə qalır, bunu rədd edirəm".

O, istefa məktubunu birbaşa Baş nazir Nikol Paşinyana təqdim edib.

Qeyd edək ki, Ayser Kazaryan keçən ilin iyunun 21-də bu posta təyin edilmişdi.

milli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR