Qarabağda 2 erməni öldü, 2-si yaralandı

Qarabağda ölümlə nəticələnən qəza baş verib.

Qəza mayın 23-də saat 14:45 radələrində Əsgəran-Stepanakert yolunun 12-ci kilometrliyində qeydə alınıb.

Məlumata görə, 1992-ci il təvəllüdlü sürücünün idarə etdiyi "Leksus LX470" markalı avtomobil Əsgəran sakini 1986-cı il təvəllüdlü Q.S adlı şəxsi vurub. Həmin şəxs hadisə yerində ölüb. Sürücü və avtomobildəki 3 sərnişini yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb. Yaralılardan biri xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

axar

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR