27 yaşlı gənci insanların gözü qarşısında asdılar

İranın Həmədan şəhərində quldurluqda, qızıl mağazasına silahlı basqında və ictimai asayişi pozmaqda ittiham olunaraq ölümə məhkum edilmiş daha 1 nəfər edam edilib.

Məhkum Mehdi Çirağifər 4 il əvvəl 3 nəfərin iştirakı ilə Həmədanda bir qızıl mağazasına silahlı basqın etməkdə, qızılları oğurlamaqda və hadisə yerində olan insanları qorxutmaq üçün havaya odlu silahdan atəş açmaqda ittiham olunub.

Törətdiyi cinayət əməllərinə görə, barəsində ölüm hökmü çıxarılan məhkum Həmədan şəhərinin bulvarında ictimaiyyət qarşısında dara çəkilib.

Bildirilir ki, həmin dəstənin digər üzvü, 27 yaşlı məhkum Bəhmən Vərməzyar silahlı basqından 10 gün sonra könüllü olaraq polisə təslim olub, oğurladığı qızılları isə sahibinə qaytarıb. Lakin bütüm bunlara baxmayaraq, ölümə məhkum edilən Bəhmən Vərməzyar keçən il aprelin 18-də Həmədan həbsxanasında dar ağacından asılıb.

teleqraf

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR