Şok əməliyyat! 1400 illik kitab ələ keçərildi

Türkiyənin Diyarbəkir vilayətində kəşfiyyat əməkdaşları dəri üzlü, papirüs kağızına yazılı, 36 səhifədən ibarət olan dini motivli kitabı satmağa çalışarkən 6 şübhəlini cinayət başında tutub.
 
Cinayət başında tutulan 6 şübhəli haqqında istintaq başladılıb.
 
Dini motivli
 
Diyarbəkir Valiliyindən edilən açıqlamaya görə, Jandarma Komandanlığının Qaçaqçılıq və Mütəşəkkil Cinayətlərlə Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən edilən kəşfiyyat əməliyyatı nəticəsində, şəhər mərkəzində olan 3 şübhəlinin əllərindəki 1400 illik papirüs kağızı üzərinə yazılı dini motivli kitabı satmaq üçün alıcı axtardıqları istiqamətində məlumat əldə edilib.
Bu məlumat istiqamətində dünən mərkəz Bağlar mahalının Bağçılar Məhəlləsində reallaşdırılan, Kayapınar Mahal Jandarma Komandanlığının da dəstək verdiyi əməliyyatda, söz mövzusu şübhəlilər dini motivli kitabı satmağa çalışdıqları zaman cinayət başında tutulub.
Şəxslərin üzərində və yerləşdikləri evdə aparılan axtarışda, dəri üzlü, papirüs kağızına yazılı, 36 səhifədən ibarət olan dini motivli kitab ələ keçirilib.
Ələ keçərilən kitab mühafizə altına alınıb, 6 şübhəli haqqında istintaq başladılıb.
Müxalifət.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR