Paşinyanın adamını ABŞ-da adam yerinə qoymadılar

Ermənistan Milli Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryanın ABŞ-a səfəri uğursuz olub.

Bu məlumatı "Qraparak" qəzeti yayıb. Qəzet Ermənistan Xarici İşlər Nazirliyi və Ermənistanın ABŞ-dakı səfirliyinin bütün səylərinə rəğmən Qriqoryanın ABŞ-da ciddi görüşlər keçirə bilmədiyini qeyd edib. Üstəlik, Qriqoryanı ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonunun da qəbul etməkdən imtina etdiyi bildirilib.

Qeyd edək ki, Bolton keçən ilin oktyabrında Ermənistana səfəri zamanı da Qriqoryanla təkbətək görüşdən imtina etmişdi.

axar

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR