Türkiyə ABŞ-ın tələbini yerinə yetirməyə davam edəcək

Türkiyə may ayından etibarən İran neftinin idxalını dayandırıb.

Olaylar.az bildirir ki, Türkiyə ABŞ-ın İslam Respublikasından neft idxalını dayandırılmasına dair tələbini yerinə yetirməyə davam edəcək.

Bu barədə "Reuters" agentliyi Türkiyənin yüksək vəzifəli nümayəndəsinə istinadən məlumat verib.

"Hal-hazırda biz İrandan neft almırıq. Biz bu sanksiyalardan azad olan səkkiz ölkədən biri idik, indi isə biz də onlara riayət etməyə hazırıq", - deyə vəzifəli şəxs vurğulayıb.

"Reuters" agentliyi qeyd edir ki, Ankara ABŞ-ın İrana münasibətdə sanksiya siyasəti ilərazılaşmadığını bildirib.

"Biz sanksiyalara inanmırıq, amma strateji tərəfdaş olaraq ABŞ-ın qərarına hörmət edirik. Biz düşünürük ki, təcridçilik siyasəti heç bir nəticə verməyəcək".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR