Tramp zərər çəkmiş fermerlərə $16 mlrd. ayıracaq

Tramp Administrasiyası ABŞ və Çin arasında gedən ticarət müharibəsi nəticəsində zərər çəkmiş fermerlərə 16 milyard dollar ayıracaq.

Olaylar.az bildirir ki, bu barədə ABŞ-ın Kənd təsərrüfatı naziri olan Sonny Perdue xəbər verib.

16 milyard dollar həcmində yardım proqramı Vaşinqton və Pekin arasındakı ticarət müharibəsindən irəli gələn fəsadları qismən də olsa ödəyəcək.

Perdue qeyd edir ki, bu vəsait Çinə münasibətdə tətbiq edilmiş tariflərdən toplanacaq.

ABŞ Kənd Təsərrüfatı Nazirliyi bəyanatda bildirib ki, yaxın gələcəkdə yardım ayırma proqramı haqqında ətraflı məlumat veriləcək.

Xarici mediaya görə, yardım proqramı çərçivəsində birbaşa ödənişlər 9 müxtəlif məhsul istehsal edən fermerlərə göndəriləcək. Soya istehsalçıları, 10 milyard dollarlıq yardım paketinin təxminən dörddə üç hissəsini alacaqlar.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR