ABŞ Yaxın Şərqi qorxu içində saxlayan iddiaya aydınlıq gətirdi: "10 min, ya 5 min..."

"ABŞ Yaxın Şərqə 10 min əsgər göndərməyəcək". Bunu ABŞ-ın Müdafiə naziri səlahiyyətlərinin müvəqqəti icra edən Patrik Şanaxan deyib.

Şanaxan bildirib ki, hazırda diqqət mərkəzində olan kifayət qədər müdafiə ünsürlərinə sahib olmaqdır.

"10, ya da 5 min kimi rəqəmlər yoxdur və bu rəqəmlər reallığı əks etdirmir"-, Şanaxan bildirib.

Qeyd edək ki, "Fox News" telekanalı Pentaqonun İranla gərginlik fonunda Yaxın Şərqə 10 min hərbçinin göndərilməsi ilə bağlı planını Ağ Evə təqdim edəcəyini açıqlamışdı. Publika.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR