Türkiyə xarici işlər naziri Yaponiyanın ən yüksək ordenilə təltif olundu

Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu Yaponiya İmperatoru Naruhito tərəfindən ölkənin ən yüksək ordeni olan Yüksələn Günəş Ordeni ilə təltif olunub. Nazirin Türkiyə- Yaponiya əlaqələrinin inkişafındaki xidmətləri vurqulanıb.Yaxın günlərdə bu ordenin Çavuşoğluna təntənəli şəkildə təqdim ediləcəyi bildirilir. Qeyd edək ki, nazir Mövlüt Çavuşoğlu yapon dilində danışır və yapon mədəniyyətinə adət-ənənələrinə yaxından bələddi.

Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR