Türkiyənin Müdafiə Nazirliyi ABŞ sanksiyalarına hazırlaşır

ABŞ Türkiyəyə S-400 müdafiə sistemlərinin tədarükü məsələsində ultimatum qoyub.

Olaylar.az bildirir ki, Türkiyə Milli Müdafiə naziri Hulusi Akar Ankarada keçirilən mətbuat konfransında, hazırda Rusiyanın S-400 sistemlərinin alınması ilə əlaqədar ABŞ ilə danışıqlarda irəliləyişə dair açıqlama verib. Buna baxmayaraq Türkiyə, CAATSA qanunu ilə əlaqədar olaraq ("sanksiyalar vasitəsilə Amerikanın opponentlərinə qarşı çıxmaq") mümkün sanksiyalara hazırlaşır.

Bu barədə Reuters agentliyi xəbər verir.

Akar, Türkiyənin hazırda Patriot hava müdafiə sistemlərinin satışı ilə əlaqədar Vaşinqtonun irəli sürdüyü son təklifini nəzərdən keçirdiyini və eyni zamanda insanları S-400-də təhsil almaq üçün Rusiyaya göndərdiyini qeyd edib.

Nazir, Türkiyənin 82 milyonluq əhalisini qorumaq üçün müasir hava müdafiə sistemlərinə ehtiyac duyduğunu vurğulayıb. 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR