Çin şirkətləri işçilərini ABŞ məhsullarından imtina etməyə çağırır

Çin şirkətləri öz işçilərini ABŞ məhsullarına qarşı boykot etmək və bu ölkə istiqamətində olan bütün beynəlxalq səyahətləri dayandırmaq əmrini verib.

Olaylar.az bildirir ki, bu barədə "The Epoch Times" xəbər verir.

Cümə axşamı günü "Jinggang" avtomobil təftiş stansiyası bütün əməkdaşlarına ABŞ məhsullarından istifadə etməyi qadağan edib.

Analitik Rod Hall, müştərilərə xəbərdarlıq edərək, şirkətin məhsulları Çində qadağan edildiyi təqdirdə "Apple" ın mənfəətinin 29% düşəbiləcəyini söyləyib.

"Əgər Çin hər hansı bir şəkildə iPhone istehsalını məhdudlaşdırsa, biz şirkətin iPhone istehsalının əhəmiyyətli hissəsini qısa müddətərzində Çin xaricinə köçürə biləcəyinə inanmırıq", - deyə Hall bildirib.

O, həmçinin, Çinin "texnoloji ekosistemi" və yerli məşğulluq "Apple" məhsulları qadağan edildikdə zərər verə biləcəyini qeyd edib. "Apple"-ın tədarük zəncirinin əksər hissəsi Çinin materikində yerləşir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR