Əhaliyə pulsuz VİAQRA PAYLANACAQ - Hökümətdən inanılmaz QƏRAR

Fransanın şimalında yerləşən Sent-Marne bölgəsinin Montereau qəsəbəsinin bələdiyyəsi maraqlı qərar qəbul edib.

Publika.az xəbər verir ki, qəsəbədə əhalinin sayının artırlıması üçün cinsi istəyi artıran dərmanlar (viaqra) paylanacaq.

Bələdiyyə sədri Yan Debouzi bu dərmanları "Uşaqsız qəsəbə ölü qəsəbədir" kampaniyası adı altında cütlüklərə pulsuz verəcək.

"The Local"ın xəbərinə görə, yerli məclis qərarı təsdiqlədikdən sonra dərmanlar paylanacaq.

Bələdiyyə sədrinin bu qərarı səhiyyə ilə bağlı müzakirələrin alovlanmasına yol açıb. Qəsəbə vətəndaşları viaqra dərmanının sadəcə həkim tövsiyəsi ilə içilə biləcəyini diqqətə çatdırır. Bələdiyyənin tibbi mütəxəssislərlə məsləhətləşmədən bu qərarı qəbul etməsinin təhlükəli ola biləcəyini bildirirlər.

Fransada əhali sayının artırılması üçün bəzi kampaniyalar həyata keçirilir. Hökumət bu çərçivədə uşaqlı ailələrə vergi endirimləri edir, iş yerləri isə valideynlərə uşaqlar 3 yaşına çatana qədər məzuniyyət verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR