Zelenski Kolomoyskinin vəkilinə yüksək vəzifə verdi

Ukrayna Prezidenti Vladimir Zelenski Prezident Administrasiyasının rəhbəri vəzifəsinə oliqarx İqor Kolomoyskinin şəxsi vəkili Andrey Boqdanı təyin edib.

Bu məlumatı Zelenskinin mətbuat xidməti yayıb. Zelenski həmçinin özünün "Kvartal 95" studiyasının ssenaristi Yuri Kostyuku Boqdana müavin, bu studiyanın həmtəsisçisi Sergey Şefiri isə özünə birinci müavin gətirib.

Qeyd edək ki, Ukrayna mətbuatı Boqdanın bu vəzifədə işləməyə başladıqdan sonra vəkillik kariyerasını bitirəcəyi haqda məlumat yayıb.

axar

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR