Rusiya təyyarəsi qəza enişi etdi – Tehranda

Rusiya təyyarəsi Tehranın Mehrabad hava limanına enərkən eniş zolağından çıxıb.

Bunu İranın Mülki Aviyasiya Təşkilatının ictimai əlaqələr şöbəsinin müdiri Rza Cəfərzadə deyib.

R.Cəfərzadənin sözlərinə görə, Rusiyanın BAE125 xüsusi reaktiv təyyarəsi Mehrabad hava limanında enişdən sonra zolaqdan çıxıb.

Təyyarədə 6 ekipaj və sərnişin olub. Hadisədə xəsarət alan olmayıb.

Təyyarənin eniş zolağından çıxmasının səbəbi açıqlanmayıb. /Trend

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR