Tanınmış vəkilin həyat yoldaşı intihar etdi - FOTO (VİDEO)

Türkiyənin elit cəmiyyətinin tanınmış simalarından olan Deniz Keskin intihar edib. 

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur vəkil Kerim Yardımcının ötən il boşandığı keçmiş həyat yoldaşı Deniz Keskin İstanbul şəhərinin Beykoz bölgəsində yerləşən lüks mənzillərin birində asılmış vəziyyətdə tapılıb. 

Kerim Yardımcı ilə evliliyindən bir övladı olan Deniz Keskinin intihar etdiyi mənzil onun yaşadığı evdir. Keskinin cənazəsi ekspertizadan sonra morqa aparılıb. Polis hadisəylə bağlı araşdırmaya başlayıb. 

Vəfatından 4 gün öncə Bozburuna tətil üçün gedən Deniz Keskinin ölümü elit cəmiyyətdə şok təsiri yaradıb.   

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR