Kabinetlərdən çıxın, küçələri tutun! - Saakaşvili

Gürcüstanda qələbə çox yaxındır.

Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili paylaşıb.

"Hazırda enerjik fəaliyyətlər lazımdır. İndi dayanmamalıyıq. Hazırda irəliyə getmək və bir-birimizi qısqanmamaq gərəkdir.

İndi qapanmaq və bir-birimizə nəzarət etmək zamanı deyil, cəbhəni genişləndirmək zamanıdır. Kabinetlərdən çıxmalı və bütün küçələri tutmaq lazımdır. Xalq hiss etməlidir ki, biz İvanişvili kimi insanlardan öz məqsədlərimiz naminə istifadə etmirik", - deyə o bildirib.

O, İvanişvilinin qeyri-rəsmi idarəçiliyi ləğv edilməyənə qədər ölkədə normal seçkilər keçirməyin mümkün olmayacağını deyib.

Saakaşvili İvanişviliyə qarşı ilk böyük dalğa yaranan kimi Gürcüstana qayıdacağını söyləyib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR