Kiyev Poroşenko ilə bağlı araşdırmaya başladı – Xəyanət!

Ukraynanın Dövlət Araşdırmaları Bürosu Pyotr Poroşenkoya qarşı mümkün dövlətə xəyanət faktı ilə bağlı araşdırmaya başlayıb.

Axar.az xəbər verir ki, bu məlumatı öz Feysbuk səhifəsində büronun direktor müavini Olqa Varçenko paylaşıb. O, büronun xüsusilə 25 noyabr 2018-ci ildə Ukrayna Hərbi Dəniz Donanmasının gəmilərinin Qara dənizdən Azov dənizinə keçidi ilə bağlı insidenti tədqiq etdiyini bildirib.

Poroşenko ilə bağlı büroya Ukrayna Prezidenti Administrasiyasının rəhbərinin keçmiş müavini Andrey Portnov müraciət edib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR