Mükafatlandırmaya getmədi, gecəni məşhur müğənni ilə keçirdi - FOTO

PSJ-nin futbolçusu Neymar Fransa Peşəkar Futbolçular Birliyinin keçirdiyi "İlin futbolçusu" mükafatlandırma mərasiminə qatılmayıb.

Braziliyalı ulduz məşhur müğənni Rihanna ilə əyləncəyə yollanıb. Onların gecə səhərə qədər əyləndiyi bildirilir.
Neymar gecə əyləncəsindən çəkilmiş fotonu sosial media hesabından paylaşıb. Fotoya 2,5 milyondan artıq "like" gəlib. Neymar fotoya "Kraliça və güclü qadın" şərhini yazıb. 

Eyni gecədən Rihanna da foto paylaşıb. Amma pop-star paylaşımda Neymara yer verməyib. 

Qeyd edək ki, Fransa Peşəkar Futbolçular Birliyi "İlin futbolçusu" mükafatını Neymarın PSJ-dəki komanda yoldaşı Kilian Mbappeyə verib. Braziliyalı futbolçunun mərasimə qatılmaması tənqidlərə səbəb olub.

milli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR