Azərbaycanlı Rusiyada qızı zorlayıb öldürdü, meyitini çaya atdı - VİDEO

Minsk polisi Rusiyada 23 yaşlı qızı zorlayıb öldürməkdə şübhəli bilinən 41 yaşlı azərbaycanlını saxlayıb.

Milli.Az bildirir ki, bununla bağlı Belarus Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, həmin şəxsin saxlanılması ilə bağlı Moskva polisi belaruslu həmkarlarına müraciət ünvanlayıb. Onun hansısa etnik cinayətkar qruplaşmaya mənsub olduğu ehtimal edilir.

Həmin şəxs Vitebskdən Minsk istiqamətdə hərəkət edən avtobusda saxlanılıb. Məsələ ilə bağlı Rusiya tərəfi məlumatlandırılıb. Onun daha ağır cinayətlərdə əli olduğu qeyd edilib.

Bildirilib ki, o, 23 yaşlı qızı evinə ötürən zaman yolda zorlayıb və öldürüb, cəsədini isə çaya atıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR