"Qara gödəklər" Parisin hava limanını işğal ediblər

Özlərini "qara gödəklər" kimi adlandıran fəallar Parisin "Şarl de Qol" hava limanının beynəlxalq terminallarından birinə basqın ediblər.
Olaylar.az bildirir ki, Parisdəki "Şarl de Qol" hava limanının 2 nömrəli terminalını qeyri-qanuni miqrantlar işğal edib.
"Qara gödəklərin" (La Chapelle Debout) etirazına səbəb Fransa hakimiyyətinin əcnəbilərə sığınacaqla təmin edilməsi məsələsinə münasibətdə apardığı siyasətdir.
Etirazçılar hökumətdən ölkənin baş naziri Eduard Filip ilə görüşün keçirilməsini, hava limanından isə deportasiyalarda maliyyə, maddi, maddi-texniki və ya siyasi iştirakının dayandırılmasını tələb edib. 
Polis əməkdaşları mövcud etirazçıları dağıtmağa çalışsalarda nəticə əldə edə bilməyiblər. 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR