Kıvançın arvadının restoranına hücum olundu

Türkiyəli aktyor Kıvanç Tatlıtuğun arvadı Başak Tatlıtuğun işlətdiyi restorana hücum olub.

Səhər saatlarında məkana gələn biri restoranın qarşısında qışqırmağa, qapını yumruqlamağa başlayıb. O, daha sonra işçiləri hədələməyə başlayıb.

Restoranın işçiləri isə polisə xəbər verib. Hadisə yerinə gələn polislər həmin adamın 28 yaşlı Sinan A. adlı şəxs olduğunu ortaya çıxarıb. Sinan ifadəsində onu tərk edən sevgilisinin Başakın rəfiqəsi olduğunu, məkana onunla danışmaq üçün gəldiyini deyib.

Hadisədən xəbərdar olan Kıvanç və Başak həmin şəxsi prokurorluğa şikayət edib. Məsələ ilə bağlı cinayət işi açılıb.

Milli.Az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR