Sinqapur təyyarəsi tüstüləndi, Hindistanda təcili endi

Hindistanın Çennai hava limanında Sinqapurun "Scoot" büdcə aviaşirkətinə məxsus təyyarə təcili eniş edib.

Hadisəyə təyyarənin göyərtəsində tüstülənmə səbəb olub.

Təyyarə eniş etdikdən sonra sərnişinlər və heyət üzvləri təxliyə olunublar. Təyyarədə 161 nəfər olub.

Hadisə nəticəsində xəsarət alanların olmadığı deyilir. Hazırda faktla bağlı araşdırma aparılır.

Milli.Az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR