Kanadada meşələr yanır - Sakinlər təxliyə olundu

Kanadanın qərbindəki Alberta əyalətində meşə yanğınları tüğyan edir.

Bölgədə ümumilikdə 25 min hektar ərazini əhatə edən 3 yanğın qeydə alınıb.

Yanğınlarla əlaqədar bölgədə yaşayan əhali təxliyə olunub. Təxliyə olunanların dəqiq sayı açıqlanmır.

Yanğının bir neçə evə zərər vurduğu deyilir. Yanğın nəticəsində xəsarət alanlar olmayıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR