Bakıda böyük mağazası olan iş adamı və arvadı öz evində girov götürüldü - VİDEO

Türkiyədə məşhur iş adamı "Sarar" Şirkətlər Qrupunun prezidenti Cəmaləddin Sararın evinə basqın edilib.

BAKU.WS 
Türkiyə KİV-ə istinadən xəbər verir ki, iş adamının Eskişehirdəki evinə basqın edən əli silahlı 3 maskalı şəxs əvvəlcə onun və həyat yoldaşı Zəhra Sararın əl-qolunu bağlayaraq girov götürüb. 

Dəstə üzvləri bundan sonra mənzildə olan kassadakı bütün pul və qızıl-zinət əşyalarını götürüb qaçıblar.

İş adamı polisə ifadəsində maskalı şəxslərin əcnəbi olduqlarını, Şərqi Avropa ölkələrinin dillərində danışdıqlarını bildirib. 

Basqınçılar əcnəbi olduğundan Türkiyə İnterpolu da əməliyyat-axtarış tədbirlərinə qoşulub. 

Qeyd edək ki, "Sarar"ın mağazalar zəncirinin Bakıda da mağazası var.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR