İranın yeganə bankının lisenziyası ləğv edildi

Əfqanıstan Mərkəzi Bankı ölkə ərazisində fəaliyyət göstərən yeganə İran bankının əməliyyat lisenziyasını ləğv edib. 

Olaylar.az bildirir ki, buna səbəb "Arian Bank"ın yerli hökumətin təlimatlarına əməl etməməsi olub.

Əfqanıstan Mərkəzi Bankının bəyanatına istinadən "Khaama Press" agentliyində məlumat verilib.

Məlumata görə, buna başqa bir səbəb isə İran bankının ölkənin iqtisadi inkişafına heç bir töhfə verməməsidir.

"Arian Bank" Əfqanıstanda 2004-cü ildən fəaliyyət göstərib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR