Türkiyə XİN-in 249 əməkdaşı saxlanıldı

Türkiyə polisi Fətullahçı terror təşkilatı (FETÖ) ilə mübarizə çərçivəsində Xarici İşlər Nazirliyində əməliyyat keçirib. "Habertürk" xəbər verir ki, əməliyyat zamanı nazirliyin 249 əməkdaşı saxlanılıb. Məlumata görə, onlar 2010, 2011, 2012 və 2013-cü illərdə terror təşkilatı üzvlərinin XİN-də keçirilən imtahanlardan uğurla keçməsi üçün şərait yaradıblar. 

Saxlanılan şəxslərlə bağlı Ankara Polis İdarəsində araşdırmalar davam etdirilir. 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR