Aborta qadağaya etiraz - Lüt soyundu

27 yaşlı model və feminist Emili Ratakovski abortun qadağan edilməsi haqda qanuna qarşı çıxıb.

Axşam.az xəbər verir ki, Alabama ştatının senatı qadının hamiləliyindən 6 həftə keçdikdən sonra abort etdirməsinə qadağa qoyub. Qadın təcavüzə uğrasa belə bu addımı ata bilməz.

Qanunu pozan şəxs və həkim 99 il həbs cəzası alacaq. Hətta qadınların qonşu ştatlara gedib, həkimə müraciət etməsinin də cəzası olacaq. Bunu orada yaşayan 25-ə yaxın ağdərili kişi də təsdiqləyib.

Bu qanuna bir çox insan, eləcə də məşhurlar etiraz bildiriblər. Emili isə lüt şəkil çəkdirib və sosial şəbəkədə paylaşıb. O, etirazını "Bu həftə Alabamada 25 ağdərili kişi abortla bağlı qanuna tərəf çıxıb. Həmin kişilər qadın bədəni üzərində öz istəklərini yürütməyə çalışanlardır. Abortun qadağan edildiyi ştatda qaradərili qadınlar yaşayırlar. Bu, insan haqlarının tapdalanmasıdır. Bizim bədənimiz bizim seçimimizdir" sözləri ilə bildirib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR