Erməni zabit çavuşa təcavüz edib

Ermənistan ordusunda yatmış çavuşa qarşı seksual xarakterli cinsi təcavüz hərəkətləri həyata keçirilib. SİA erməni KİV-lərinə istinadən xəbər verir ki, mayın 16-da Tavuş vilayətinin birinci instansiya məhkəməsinin Berd yaşayış məntəqəsində Ermənistan Müdafiə Nazirliyinin Tavuş vilayətində yerləşən hərbi hissələrdən birinin müddətli hərbi qulluqçusu M.K-nın istintaqı həyata keçirilib.

Qeyd edilən şəxs 2018-ci il dekabrın 14-dən 28-nə qədər hərbi hissənin müdafiə rayonunda yerləşən döyüş mövqeyində müşahidəçi təyin olunub. O, 2018-ci il dekabrın 14-də saat 07:30 radələrində, xidmət yoldaşına qarşı seksual xarakterli hərəkətlər edib.

M.K, Ermənistan Cinayət Məcəlləsinin 139-cu maddəsinin 2-ci hissəsinin 8-ci bəndi ilə ittiham olunur. Həmin maddə 4 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur. M.K-ya qarşı həbs qətimkan tədbiri kimi komandanlığın nəzarəti altında saxlanılmasına dair göstəriş verilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR