Avstriyanın vitse-kansleri istefa verib

Avstriyanın vitse-kansleri Haynts-Kristian Ştraxe barəsində yayılan qalmaqallı videoya görə vəzifəsindən istefa verib.

H. Ştraxe bildirib ki, Avstriya Azadlıq Partiyası həmin qalmaqallı videoda adıçəkilən rus qadından yardım almayıb: "Mən bu xanımı cəmi bir dəfə tətil zamanı yeməkdə görmüşəm, ondan sonra mən onunla əlaqə saxlamamışam və onu görməmişəm. Eyni zamanda partiyadan da heç kəs həmin qadınla əlaqə yaratmayıb".

Mətbuatda çıxan yazıları "siyasi qətl" adlandırran Ştraxe bazar günü Avstriya Azadlıq Partiyasının sədri postundan da istefa verəcəyini bəyan edib. O, bu vəzifənin Avstriyanın nəqliyyat naziri Norbert Hoferə keçəcəyini bildirib. 

Bu gün Avstriyanın federal kansleri Sebastian Kurtsun baş verənlərlə bağlı mətbuata açıqlama verəcəyi gözlənilir. Kanslerin məlum videodan sonra Avstriya Azadlıq Partiyası ilə ittifaqı davam etdirməyəcəyi və yeni seçki elan edəcəyi ehtimal olunur.

Qeyd edək ki, 2017-ci ildə çəkildiyi bildirilən həmin videoda H. Ştraxenin Alyona Makarova adlı rus qadınla söhbəti zamanı parlament seçkiləri üçün maliyyə yardımı alınmasından bəhs edilir.

ona

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR