Afrikada Arnold Şvarseneggerə hücum edildi

Tanınmış aktyor, ABŞ-ın Kaliforniya ştatının keçmiş qubernatoru Arnold Şvarseneggerə hücum edilib.

Hadisə Cənubi Afrika Respublikasında bodibildinq üzrə keçirilən "Arnold Klassik" yarışında baş verib.

Belə ki, naməlum şəxs qaçaraq tullanıb və ayaqları ilə aktyorun kürəyinə zərbə endirib. Şvarsenegger aldığı zərbədən yıxılıb.

Hücum edən şəxs mühafizə xidmətinin əməkdaşı tərəfindən saxlanılıb.

Aktyor hadisə zamanı xəsarət almayıb. O, bir neçə dəqiqədən sonra öz yerinə qayıdıb və seyrçilərlə ünsiyyətini davam ertdirib.

Daha əvvəl Rusiyalı qrossmeyster Sergey Karyakin aktyor Arnold Şvarseneggerə çempionatda istifadə ediləcək analoji şahmat dəstini hədiyyə edib./report

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR