Rumıniyada silah zavodunda partlayış baş verib

Rumıniyanın Vilça şəhərində yerləşən silah zavodunda partlayış baş verib. Hadisə nəticəsində ölən və xəsarət alanlar var.

Hadisə silahların utilizasiya sexində baş verib. Qəflətən hərbi sursatlardan biri partlaması nəticəsində bir nəfər ölüb, bir neçə nəfər ağır xəsarət alıblar. Hadisə yerinə fövqəladə hallar qurumunun əməkdaşları və təcili tibbi yardım helikopteri gəliblər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR