Ukraynadan Misirə uçan təyyarədə bomba həyəcanı...

Odessada enən təyyarə bir neçə saat mütəxəssislər tərəfindən yoxlanılıb

Ukraynadan Misirə turistləri aparan "Wind Rose" aviaşirkətinə məxsus təyyarə bomba xəbərdarlığına görə Odessa şəhərində təcili eniş edib.

İnsident Kiyev-Şarm-əl-Şeyx reysini həyata keçirən "Airbus A 321-231" təyyarəsinin göyərtəsində baş verib.

Göyərtədə partlayıcı qurğunun tapılması barədə anonim məlumatdan sonra ekipaj üzvü məcburi eniş tələb edib.

Odessada enən təyyarə bir neçə saat mütəxəssislər tərəfindən yoxlanılıb. Göyərtədə hər hansı təhlükəli əşya tapılmayıb, təyyarə ilk təyin edilmiş yerə uçub.(qafqazinfo.az)

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR