Avropa İttifaqı 3 ölkəni “qara siyahı”dan çıxarıb

Avropa İttifaqı vergi sahəsində əməkdaşlıq etməyən ölkələrlə bağlı "qara siyahı"dan 3 dövlətin adını çıxarıb. 

Aruba, Barbados və Bermuda adaları "qara siyahı"dan çıxarılan ölkələr olub. 

Qeyd edək ki, siyahıda Amerika Samoası, Quam, Samoa, Trinidad, Tobaqo, ABŞ-ın Vircin adaları, BƏƏ, Marşal adaları, Beliz, Fici, Oman, Vanuatu və Dominika yer alıb.

Xatırladaq ki, çoxlu sayda şirkət və şəxslərin ofşor hesablardan istifadə edərək vergidən yayınması ortaya çıxdıqdan sonra, Aİ 2017-ci ildə siyahı hazırlayıb. Siyahının hazırlanmasında məqsəd vergidən yayınma hallarına qarşı mübarizə olub. Siyahı hazırlanan ərəfədə müxtəlif ölkələrin vergi sistemləri araşdırılmağa başlanılıb.

azadinform

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR