Poroşenkonun adamından yeni prezidentə - 7 məsləhət

Pyotr Poroşenkonun Ukrayna Ali Radasındakı təmsilçisi İrina Luçenko öz postunu tərk edərkən yeni seçilmiş Prezident Vladimir Zelenskiyə bir sıra məsləhətlər verib.

Bu barədə "112 Ukraina" telekanalı informasiya yayıb.

Luçenko yeni prezidentə gələcəyə dair 7 məsləhət verib:

"Birincisi, prezident xalq deputatları ilə döyüşmək əvəzinə onları səbirlə razı salmalıdır. İkincisi, elə qanunlar təklif etməlidir ki, onları qəbul etməmək mümkün olmasın. Bundan əlavə Zelenski prinsipial olmalı və oliqarxları dinləməməlidir. Dördüncüsü, hər bir ukraynalının prezidenti olmalı və bütün təklifləri dinləməlidir. Prezident qərar qəbul edərkən unutmamalıdır ki, bir gün hər şey "geri qayıdır". Zelenski dövlət dilini öyrənməli və beləliklə "yumşaq silah"a sahib olmalıdır. Yeni seçilmiş prezident həmçinin beynəlxalq koalisiya ilə əməkdaşlıq etməlidir".

axar

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR