“Rus NATO-su”na yeni rəhbər seçilə bilər – 5 gün sonra

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının yeni baş katibinin təyinatı məsələsi KTMT Xarici İşlər Nazirləri Şurasının mayın 22-də keçiriləcək iclasında həll ediləcək.

Bunu jurnalistlərə açıqlamasında KTMT baş katibinin səlahiyyətlərinin müvəqqəti icraçısı Valeri Semerikov deyib. O, həmçinin mayın 17-də KTMT Daimi Şurasının növbədənkənar iclasının keçiriləcəyini və burada da yeni baş katib məsələsinin müzakirə ediləcəyini bildirib:

"Məncə, 22 mayda təyinatla bağlı yekun qərar veriləcək. Bizim bir namizədimiz var və çox prezidentlər onun namizədliyinə razılıq veriblər".

Qeyd edək ki, Ermənistan Baş naziri N.Paşinyanın Xaçaturovu geri çağırmasından sonra onun yerinə öz namizədini irəli sürmək təşəbbüsü alınmadı. Əvəzində isə Ermənistanın KTMT-yə rəhbərlik müddətinin başa çatmamasına baxmayaraq, Belarus öz namizədini irəli sürdü.

Belarusun namizədi olan general Zasın baş katib olmasına Ermənistan istisna olmaqla, KTMT-yə üzv ölkələrin bütün rəhbərləri razılıq veriblər.

axar

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR