Hamilə arvadını maşına mindirdi - Sonrası DƏHŞƏT

Türkiyənin İzmir şəhərində dəhşətli hadisə yaşanıb.

Redaktor.az bildirir ki, Cavid adlı şəhər sakini ondan ayrılmaq istəyən 4 aylıq hamilə arvadını restorana aparmaq adıyla avtomobilinə mindirib. Həyat yoldaşını dağlıq əraziyə gətirən 25 yaşlı gənc onu 7 yerindən bıçaqlayıb. Xoşbəxtlikdən uşaq və ananın sağlamlığında ciddi fəsad yaranmayıb.

Qızın anası polisə açıqlamasında yeznəsinin uzun müddətdir narkotik vasitəsi istifadə etdiyini, hətta hadisədən 3 həftə əvvəl qızının barmağını qırdığını bildirib.

Faktla bağlı araşdırma başladılıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR