Tramp Green Card-ı ləğv edir

ABŞ prezidenti Donald Tramp məsləhətçiləri Cared Kuşner, Stefen Miller və Kevin Hastın təşəbbüsü ilə hazırlanan immiqrasiya siyasətini dəyişdirmək proqramını 16 mayda Konqresə təqdim edəcək.

Dəyişikliklər paketində ABŞ-a köçmək istəyənlərdə ingilis dili, yüksək təhsil və invesitisiya yatırmaq potensialı olmasına önəm veriləcəyi qeyd olunub.

Bundan başqa, islahatda ABŞ-da təmənnasız yaşamaq hüququ verən "Green Card" ("Yaşıl Kart") lotoreyasının ləğvi nəzərdə tutulub.

Xatırladaq ki, Tramp bu məsələni hələ 2017-ci ildə gündəmə gətirmişdi. Həmin ilin avqustunda uşaq yaşlarından qaçqın kimi gələn şəxslərə yaşamaq hüququ verən DACA proqramını ləğv etmişdi. (baku.ws)

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR