Rusiya XİN - ABŞ Dünya Ticarət Təşkilatının qaydalarına məhəl qoymur

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Çindən olan həmkarı Vanq Yi ilə Soçidəki görüşündən sonra mətbuat konfransı təşkil edib. 

Olaylar.az bildirir ki, Lavrov konfransda ABŞ-ın Çindən idxal edilən mallara görə əlavə gömrük vergisi tətbiq etməsinə münasibət bildirib.

O, Rusiyanın beynəlxalq ticarət məsələlərində Dünya Ticarət Təşkilatının qəbul etdiyi qayda və normalara məhəl qoymayan hərəkətlərə qarşı olduğunu bildirib.

Nazir Çin ilə ABŞ arasında yaxın dialoq qurulacağı halda, Koreya yarımadasındakı problemlərin uğurla həll edilə biləcəyini vurğulayıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR