Rusiya ABŞ sanksiyalarına çarə tapdı: Yeni sxem

Rusiya üçüncü ölkələr vasitəsilə silah ixracını asanlaşdırıb.

Bu məlumatı "Vedomosti" qəzeti yayıb. Məlumata görə, Rusiya hökuməti bu qərarı ABŞ sanksiyalarından yayınmaq üçün qəbul edib. Belə ki, indiyə qədər olan sistemə əsasən, həm ilkin istehlakçı, həm də silahın satıcısı Rusiyanın federal orqanlarına silahın yekun istehlakçısının kim olacağının göstərildiyinə dair sertifikat vermək məcburiyyətində idi. Hazırkı düzəlişə görə, üçüncü ölkənin tədarükçüyə birbaşa sertifikat verməsi, tədarükçünün isə Rusiyanı sadəcə xəbərdar etməsi yetərli olacaq.

Hökumətin qəbul etdiyi sənəddə bu qərarın birbaşa antirusiya sanksiyalarıyla bağlı olduğu vurğulanıb:

"Xarici dövlətlər Rusiyanın hərbi xarakterli məhsullarının alışında maraqlı olduqlarını ifadə edirlər, amma sanksiyalara məruz qalmaqdan qorxaraq, onun alışından imtina edirlər".

"Vedomosti" yeni sxemdən kiçik ölkələrin yararlanacağını bildirib.

axar

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR