Putin-Pompeo görüşü: Əlaqələr elə dağılıb ki... - Zudin

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Dövlət katibi Mayk Pompeo arasındakı görüşü müsbət qiymətləndirmək olsa da, ölkələr arasındakı münasibətlərin istiləşməsindən danışmaq üçün çox tezdir.

Bu sözləri rusiyalı politoloq Aleksey Zudin deyib.

"Vladimir Putinlə telefon danışığı zamanı Tramp Rusiya ilə münasibətləri yaxşılaşdırmağa çalışacağını demişdi. Rusiyaya gəldikdə isə ölkə rəhbərliyi dəfələrlə əlaqə və danışıqlar qapısını açıq saxladığını qeyd edib. Danışıqları müsbət qiymətləndirmək olar. Hərçənd istiləşmə barədə danışmaq hələlik tezdir", - Zudin bildirib.

Ekspertin fikrincə, münasibətlərin istiləşməsi üçün hər hansı bir əsas mövcud deyil, üstəlik, hazırda əlaqələr çox aşağı səviyyədə, demək olar ki, dağılmış vəziyyətdədir.

axar

Yüksək vəzifə sahiblərinin şəxsi məlumatları internetə sızdı - Rusiya şokda

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR