Donald Tramp- “Çin onilliklər ərzində bizimlə dürüst olmayıb”

ABŞ və Çin arasında ticarət razılaşması üzrə danışıqlar rüsumların artırılmasına baxmayaraq davam edəcək.

Olaylar.az bildirir ki, "Bizim Çinlə bir sıra mübahisələrimiz olub, çünki onlar onilliklər ərzində bizimlə dürüst olmayıblar", - deyə ABŞ prezidenti bildirib.

Bu barədə "Reuters" məlumat verib.

Trump qeyd edib ki, Çin ilə ABŞ arasındakı dialoqun dayandırılması mümkün deyil. Çinlə ticarət sazişi üzrə danışıqlar davam edəcək.

Qeyd edək ki, 10 may tarixindən etibarən ABŞ səlahiyyətliləri 200 milyard dollar dəyərində olan Çin mallarının idxalına gömrük rüsumları 10%-dan 25%-a qədər artırmışdır. Çin buna cavab olaraq 2019-cu ilin iyun ayının 1-dən etibarən bir sıra  amerikan mallarına gömrük rüsumları qaldırmağı vəd edib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR