Brexit müqaviləsinə yenidən baxılacaq

Böyük Britaniya Parlamenti, 2019-cu ilin iyun ayının əvvəlində ölkənin Aİ-dan çıxarılmasına dair müqavilə üzrə səsvermə keçirəcək.

Olaylar.az bildirir ki, bu barədə İngiltərənin Baş nazirinin ofisinin sözçüsü xəbər verib.

Məlumat ölkənin baş naziri Tereza Mey və Leyborist partiyasının lideri Ceremi Korbin arasında keçirilən görüşdən sonra yayılıb.

Bəyanatda bildirilib ki, iyunun 3-dən sonra Avropa İttifaqından çıxma müqaviləsini nəzərdən keçiriləcək. Bu, Böyük Britaniya Parlamentinin yay tətili başlamazdan əvvəl həyata keçirilməlidir.

Qeyd edək ki, Tereza Mey müqavilənin şərtləri ilə razılaşmadığını görə, "Brexit  2019-cu ilin oktyabr ayının axırına qədər təxirə salınıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR