Kanadada evdə partlayıcı maddələr və detonator saxlayan ata və oğul saxlanılıb

Kanadanın Ontario əyalətində evdə partlayıcı maddələr və detonator saxlayan ata və oğul saxlanılıb.

Trend-in "CBC" telekanalına istinadən verdiyi məlumata görə, saxlanılanların 47 yaşşlı Riza Məhəmmədisl və onun oğlu 18 yaşlı Mahyar Məhəmmədisl olduqları bildirilir. Onlarında Torontonun yaxınlığında yerləşən Riçmond-Hill şəhərində yaşadıqları məlumdur.

Qeyd edilir ki, onlar haqqında məlumat ötən gün ABŞ və Kanadanın sərhəd xidmətlərindən daxil olub və bu gün şübhəlilər saxlanılıb.

Saxlanılanların evinə baxış keçirilən zaman evdən partlayıcı maddələr, detonator və təyin edilməmiş kimyəvi maddələr aşkar edilib.

Ata və oğul qanunsuz partlayıcı maddələr saxlamaqda ittiham edilirlər və yaxın zamanda məhkəməyə çıxarılacaqlar.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR