Putin tezliklə Paşinyana bu sualı verəcək – Rus ekspert

Rusiya Prezidenti Vladimir Putin dəyişmək istəmədiyi prinsiplərinə sadiq qalmaqda davam edir.

Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı beynəlxalq məsələlər üzrə ekspert Yevgeni Mixaylov Rusiya prezidentinin İrəvana rəsmi səfərinin yubadılmasını şərh edərkən deyib.

Mixaylov qeyd edib ki, Ermənistanın milli maraqlarına və Rusiya ilə siyasi əməkdaşlığa sadiqliyini sübut edən siyasi rəqibləri təqib etmək olmazdı (Paşinyan hakimiyyətə gələrkən öz siyasi rəqibi olan Robert Köçəryana qarşı cinayət işi açdırıb onu həbs etdirdi - red.). Rusiya prezidentinin gecikən səfərini məhz bununla izah etmək olar:

"Bundan əlavə, ABŞ nümayəndə heyətinin İrəvanda Ermənistana kömək vəd etməsi və nümayəndə heyəti tərəfindən uydurma demokratik islahatların dəstəyinə söz verilməsi Rusiya üçün qıcıqlandırıcı bir faktordur.

Açıq görünür ki, Paşinyan rəsmi Moskvaya sübut etməyə çalışır ki, onun əlində Ermənistanın taleyinə ciddi təsir göstərə biləcək real bir seçim var. Başqa sözlə desək, Ermənistan qazın qiymətini aşağı salmağa çalışaraq Rusiyanı şantaj edir.

Amma Moskva keçmişdə belə bir hadisəylə artıq üzləşib və Ukraynada həmin vəziyyətə yol verməmək üçün milyardlarla pulunu itirib. Əldə olunmuş nəticəni isə son beş ildə müşahidə edirik.

Odur ki, rəsmi Moskva ya İrəvana ciddi təsir göstərməlidir, ya da ABŞ-ın Ermənistanı NATO-nun forpostuna çevirməsini izləməlidir.

Mənim fikrimcə, yaxın zamanlarda buna heç kim yol verməz. Tezliklə hadisələrin inkişafı ilə Ermənistanın qarşısına bir sualın qoyulmasına şahid olacağıq: ya bizimləsiniz, ya bizə qarşı?"

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR