Tramp Fransaya səfər edəcək

ABŞ prezidenti Donald Tramp iyunun 6-da Fransaya səfər edəcək

Bu səfərdə onu xanımı Melaniya Tramp müşayiət edəcək.

Bildirilir ki, onlar Fransa prezidenti Emmanuel Makronun dəvəti ilə Normandiyaya müttəfiq qoşunlarının yeridilməsinin 75 illiyi münasibətilə tədbirlərdə iştirak etmək üçün bu ölkəyə yola düşəcəklər.

Qeyd edək ki, Ağ Ev ABŞ prezidenti və birinci xanımın iyunun 3-5-də Böyük Britaniyaya rəsmi səfəri barədə də məlumat yayıb.(trend.az)

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR