Ermənistanda dizenteriya epidemiyası yayılıb

Onlarla insan xəstəxanalara yerləşdirilib

Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Tavuş rayonunda dizenteriya epidemiyası yayılıb.

Bu ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, əksəriyyəti uşaqlar olmaqla, onlarla insan xəstəxanalara yerləşdirilib.

Bağırsaq infeksiyası Navur kəndindən yayılmağa başlayıb. Burada 30 nəfəri, o cümlədən 24 azyaşlını dizenteriya diaqnozu ilə xəstəxanaya çatdırıblar. Onlarda dizenteriyanın törədicisi olan Zonne amöbü aşkar olunub. Rayonun məktəb və uşaq bağçaları nəzarətə götürülüb, xəstələrin evləri dezinfeksiya edilib. Bundan başqa, əhalinin istifadə etdiyi suyun analizi aparılır. Analizlərin nəticələri məlum olanadək su kəməri ilə içməli suyun verilməsi dayandırılıb.(AZƏRTAC)

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR