"Tesla"nın pilotsuz taksi servisi sahibinə 30.000$ qazandıracaq

"Tesla" şirkəti pilotsuz taksi servisini 2020-ci ildən istifadəyə verəcək.

Olaylar.az bildirir ki, Tesla elektromobillərinin sahibləri öz elektromobillərindən istifadə etmədikləri müddətdə onları icarəyə verə biləcəklər. Bununlada, elektromobillər pilotsuz taksi kimi fəaliyyət göstərəcəklər. Şirkətin hesablamalarına əsasən avtomobil sahibləri ildə 30.000$ gəlir əldə edə bilərlər. 

İlon Mask əsasən yaxın il yarım ərzində pilotsuz taksi servisinin 1 milyona yaxın avtomobil əldə edəcəyini bildirib.

Tesla şirkəti pilotsuz taksi servisini bəzi regionlarda artıq 2020-ci ildə istifadəyə verməyi planlaşdırır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR