ABŞ-dan terrorçulara növbəti dəstək

ABŞ İraq sərhədindən Suriyada terror təşkilatı YPG/PKK-nın işğal etdiyi Deyr-ez-Zor şəhərinə təxminən 200 tır tikinti materialı və iş texnikası yollayıb. SİA xəbər verir ki, tırların "Ömər" adlı neft ərazisinə çatdığı bildirilib. Məlumata görə, bu ərazi mərkəz kimi istifadə ediləcək. Göndərilən malların buradan fərqli nöqtələrə daşınacağı vurğulanıb.

Qeyd edək ki, Türkiyə mətbuatı YPG/ PKK-nın iş texnikasından Türkiyə sərhədi boyunca tunel qazacağını iddia edib.

 

 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR