Nazarbayevdən prezidentliyə namizəd təklifi

Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayev hazırkı dövlət başçısı Qasım Jomart Tokayevin ölkə prezidenti vəzifəsinə namizədliyinin irəli sürülməsini təklif edib.

Axar.az xəbər verir ki, bunu Nazarbayev hakim Nur Otan Partiyasının qurultayında çıxışı zamanı deyib.

Qeyd edək ki, Nazarbayev martın 20-də öz vəzifəsini Senatın sədri Tokayevə təhvil verərək, prezidentlikdən istefa verib. Bundan sonra ölkədə növbədənkənar prezident seçkisi təyin edilib.

Seçki iyunun 9-da keçiriləcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR